İlham Heydər oğlu Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edirik!
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert, Azərbaycanda seçkiləri müşahidə edən İqor Korotçenko qeyd edib.
“Şəxsiyyətin tarixdə rolu – bu, məhz ona aiddir!
İlham Əliyevin Rusiyanın böyük dostu olması vacibdir, onun Prezident Vladimir Putinlə ən mehriban və səmimi münasibətləri var. Azərbaycan Rusiya Federasiyasının etibarlı strateji müttəfiqi və ticarət-iqtisadi tərəfdaşıdır.
Bir daha Sizi səmimi qəlbdən təbrik edirik!” – Korotçenko qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycanda prezident seçkisi baş tutub. Seçkinin ilkin rəsmi nəticələrinə görə, İlham Əliyev 92,1 faiz səslə liderdir.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir