Moskva MDB-də parçalanma əlamətləri görmür.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın Moldovadan nümunə götürüb birlikdən çıxmaq ehtimalını şərh edərkən deyib.
Diplomat qeyd edib ki, İrəvan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və birliyin maraqlı iştirakçısıdır:
“Müəyyən mərhələdə həqiqətən də İrəvanın MDB platformasında aktivliyinin azalması müşahidə olunurdu. Bununla belə, ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar: Ermənistan təşkilatın 2023-cü il oktyabrın 13-də Bişkekdə keçirilən sammitinin əksər qərarlarına qoşulub, birliyin nizamnamə orqanlarının ötən il qəbul edilmiş, demək olar ki, bütün birgə bəyanatlarını dəstəkləyib”.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir