Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov BUTA.TV-a bildirib ki, bu gün Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4.7 hektar ərazidə 8150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib.
Xidmət rəisinin sözlərinə görə, son 3 gün ərzində Tovuz, Sabirabad, Şabran, Siyəzən, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Ağsu, Şəki, Zaqatala, Goranboy, Cəlilabad, Ağcabədi, Bərdə, Ağdaş, Daşkəsən, Gədəbəy, Samux və Qəbələ rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 14.4 hektar meşə fondu ərazisində 15 475 ədəd müxtəlif cinsli ağac əkilib, 350 kiloqram toxum səpilib.
“Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb və əkin prosesi hava şəraiti nəzərə alınmaqla növbəti günlərdə də davam edəcək”,- deyə xidmət rəisi bildirib.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir