Britaniyanın “Teleqraf” nəşri Ukrayna ordusunun istefaya göndərilən baş komandanı Valeri Zalujnı ilə bağlı diqqətçəkən məqalə yayımlayıb.
BUTA.TV xəbər ki, nəşr Zalujnını “zarafatcıl” adlandırıb və iddia edib ki, o, gəncliyində peşəkar aktyor olmağı arzulayırdı.
“Valeri Zalujnını tanıyanlar bəzən yazırdılar ki, Ukraynanın hərbi rəhbərliyində bir deyil, iki komik var. Vladimir Zelenski kimi baş komandan da zarafatcıl birisi olaraq tanınırdı”, - deyə bildirilib.
Həmçinin iddia edilib ki, Zalujnı öz uğurlarının qurbanına çevrilib. Belə ki, o, Ukraynaya böyük yardımlardan dolayı vəzifəsindən qovulub.
Qeyd edək ki, V.Zelenski Zalujnını istefaya göndərib və yerinə quru qoşunları komandanı Aleksandr Sırskini təyin edib.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir