Rusiya Müdafiə Nazirliyi hərbi vəziyyət dövründə, müharibə və ya səfərbərlik zamanı çağırılan müqaviləli əsgərlər, eləcə də səfərbər edilmiş hərbçilər üçün vahid yaş həddinin müəyyən edilməsini təklif edən qanun layihəsi hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin normativ-hüquqi akt layihələri portalında dərc olunan sənədində deyilir.
Sənəddə yüksək rütbəli zabitlər üçün yaş həddinin 70, qalanları üçün isə 65 yaş olacağı bildirilir. Söhbət 24 iyun 2023-cü il tarixindən əvvəl xidmətə aparılanlardan gedir. Hazırda qanun iyunun 24-dən əvvəl müqavilə bağlamış şəxslər üçün yaş məhdudiyyəti nəzərdə tutmur.
“Qanun layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırır”, - sənəddə deyilir.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir