Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əsasını qoyduğu Vahid Milli Hərəkat Partiyasının seçkiqabağı kampaniyasında fəal iştirak etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Mən partiyamızın siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindəyəm və qarşıdan gələn parlament seçkilərində mübarizənin önündə olmağa hazıram. Bu komitəyə partiya liderləri, eləcə də ictimai xadimlər daxil olacaq”, - Saakaşvili növbəti məhkəmə iclasına klinikadan onlayn qoşularkən deyib.
Saakaşvili bildirib ki, Ukrayna vətəndaşı olaraq qalır, buna baxmayaraq, onun seçki kampaniyasında iştirakına heç nə mane olmur:
“Çünki presedent də var, oliqarx Bidzina İvanişvili 2012-ci ildə Gürcüstanda keçirilən seçkilərdə başqa ölkənin vətəndaşı kimi iştirak edib”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir