ABŞ Prezidenti Co Baydenin səhvləri və nitq çaşqınlığı onun yaşa bağlı demensiya olduğunu göstərə bilər.
BUTA.TV xəbər verir ki, Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.
“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində nəzərə çarpan çox fərq var. Bu, həqiqətən kədərlidir. Hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır”, - həkim bildirib.
Onun sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı ABŞ liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq