Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar.
BUTA.TV xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar.
Bununla da baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş, 1 bürünc medalla başa vurub.
Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.
Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq