Göyçayda maşın piyadanı vuraraq öldürdü

22:54 - 11 Fevral 2024 - GÜNDƏM

 Göyçayda maşın piyadanı vuraraq öldürdü

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol