Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru Azərlotereya ASC ətraf mühitə töhfə verən “2023-cü ilin ən yaxşı tərəfdaşları” sırasında olub.
BUTA.TV xəbər verir ki, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ““Yaşıl gələcək” platforması çərçivəsində keçirilən ağacəkmə aksiyalarında iştiraka görə ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Layihənin əsas məqsədi ətraf mühitin və təbii ehtiyatların qorunması naminə ağac əkilən ərazilərdə damcılı suvarma sisteminin quraşdırılmasına və ölkəmizin yaşıllaşdırılmasına töhfə verməkdir. Layihə çərçivəsində şirkət çox sayda ağacın əkilməsi üçün ianə edib.
“Azərlotereya” daha öncə də nazirliyin təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Şirkət əməkdaşlarının iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.
"Azərlotereya" bundan sonra da təbiətin sağlamlaşdırılması, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək olaraq ölkəmizin yaşıllaşdırılmasına töhfə verməyə davam edəcək.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq