Bolqarıstan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
BUTA.TV xəbər verir ki, məqsəd Kozloduy Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi və nüvə enerjisindən dinc məqsədlər üçün qarşılıqlı faydalı əsasda istifadə olunması çərçivəsində əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, Bolqarıstan hökuməti yanvarın 25-də Amerikanın AP1000 texnologiyasından (Westinghouse tərəfindən hazırlanmış iki dövrəli III+ nəsil nüvə reaktoru) Kozloduy AES-in ərazisində iki nüvə reaktorunun tikintisi üzrə əməkdaşlıq haqqında ABŞ ilə saziş layihəsini təsdiqləyib. Müqavilə parlament tərəfindən ratifikasiya edilməlidir. Bolqarıstan 2034-cü ilə qədər yeddinci, daha iki-üç il ərzində isə səkkizinci atom elektrik stansiyası blokunu işə salmağı planlaşdırır.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq