Almaniya kansleri Olaf Şolts həm İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi, həm də Azərbaycan dövlət başçısını fevralın 16-18-də Münhendə ənənəvi keçirilən Təhlükəsizlik Konfransına dəvət etdi. Bu vəziyyətdə Fransa Prezident Emmanuel Makron çıxılmaz vəziyyətdə qalıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbriki haqda qeyd edib.
O bildirib ki, Makron bir tərəfdən ermənipərəst mövqeyindən əl çəkmir, digər tərəfdən Olaf Şoltsdan sonra İlham Əliyevi təbrik etməkdən başqa alternativi qalmayıb:
“Münhen Təhlükəsizlik Konfransına xeyli prezident və baş nazir qatılacaq. Əgər həmin konfransa Makron da qatılacaqsa, onun İlham Əliyev ilə üz-üzə gəlmək ehtimalı var. Ona görə Makronun təbrik məktubu göndərmək üçün bir günü qalıb”.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..