AFFA və “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi imzalanıb.
BUTA.TV xəbər verir ki, müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek imzalayıb.
Sponsorluq müqaviləsinə əsasən, “Dalğa Arena” bundan sonra 4 il ərzində “Liv Bona Dea Arena” adlandırılacaq. Həmçinin Azərbaycan Premyer Liqası oyunlarında “Liv Bona Dea Hospital” tərəfindən tibbi dəstək veriləcək.
AFFA-nın prezidenti R.Abdullayev tədbir iştirakçılarına Azərbaycan futbol ailəsinə olan marağın sevindirici hal olduğunu deyib. “Liv Bona Dea Hospital” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib.
“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek futbolun həm Türkiyədə həm də Azərbaycanda sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən T.Özbek hospital olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı