Ermənistanla Azərbaycan arasında sülh sazişi 2024-cü ildə imzalanacaq.
BUTA.TV xəbər verir ki, bu iddia ilə Qafqaz üzrə iranlı ekspert Qasım Mömini İLNA-ya müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, hər iki ölkə Qərbin dəstəyi ilə sülh əldə edə biləcək.
O, iki ölkə arasında sülhün təmin olunmasında Rusiyanın marağına da toxunub:
“Ruslar birbaşa və ya dolayısı ilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması məsələsində öz maraqlarını ifadə ediblər. Nəzərə almaq lazımdır ki, Rusiyada 4 milyona yaxın erməni yaşayır. Digər tərəfdən Rusiya ordusu hələ də Ermənistanda yerləşir və bu ölkədə bir neçə hərbi bazası var. Buna görə də düşünürəm ki, əgər Moskva Ermənistan tərəfindən təhlükə hiss etsə, çox güman ki, balansı pozacaq. Sözügedən məlumatlara və dünyanın hazırkı vəziyyətinə nəzər saldıqda diqqətə alınmalı məqam budur ki, ruslar Qərbin və xüsusilə NATO-nun öz ənənəvi təsir dairəsində təzyiq göstərməsini və mövcudluğunu istəmirlər”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı