Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.
Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib. Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib. Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.
Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı