Yelisey Sarayı üçün prioritet kimi görünən Paris və İrəvan arasında hərbi əməkdaşlığın yaxınlaşması Cənubi Qafqazda birmənalı qarşılanmır.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın “La Krua” nəşri məlumat yayıb.
“Bəzi ekspertlərin fikrincə, bu, Sovet İttifaqının dağılmasından sonra Fransanın Qafqazda oynadığı vasitəçilik roluna ziddir. Fransa öz addımlarını Azərbaycanın Ermənistana qarşı aqressiv münasibəti, Ermənistan ərazisi ilə bağlı qeyri-müəyyən və şişirdilmiş ambisiyalar nümayiş etdirməsi ilə izah edir. Lakin Fransanın Ermənistana hərbi tədarükü təkcə Azərbaycan tərəfindən tənqid olunmur”, - məlumatda qeyd olunub.
Nəşr qeyd edib ki, Tiflis bu məsələdə çaşqındır, çünki hesab edir ki, bu hərbi təchizat Ermənistan-Azərbaycan münaqişəsinin Qərbin himayəsi altında həlli perspektivini aradan qaldıra bilər:
“Moskva da hərbi təhlükəsizlik sahəsində Ermənistan-Fransa əməkdaşlığının gücləndirilməsinin əleyhinədir. Bəzi rusiyalı ekspertlər qeyd ediblər ki, Emmanuel Makron şəxsən Ermənistan-Fransa münasibətlərinin yaxınlaşmasında və yeni səviyyəyə yüksəlməsində maraqlıdır. Rusiya tərəfdən “Makron Ermənistan hakimiyyətindən daha çox ermənipərəstdir” kimi qısqanc bəyanatlar səslənir”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı