Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə bağlı açıqlamaları ilə yeni dünya müharibəsinin başlaması istiqamətində ciddi addım atıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Sergey Çekov deyib.
“Makron döyüşkən ritorikası üzərində düşünməli və dayanmalıdır. Bu ehtiyatsız və məsuliyyətsiz bəyanat NATO-nu Rusiya ilə müharibəyə yaxınlaşdırır. Bu, əslində yeni dünya müharibəsinin başlaması istiqamətində çox ciddi addım, münaqişənin eskalasiyasını uzatmaq, ona daha çox müdaxilə və koordinasiya etmək niyyətidir”, - Çekov bildirib.
Onun sözlərinə görə, məhz Qərb ölkələri on ildən artıqdır ki, həyata keçirdikləri siyasətləri ilə Ukraynada münaqişəni alovlandırdılar:
“Təəssüf ki, onlar bu münaqişəni dayandırmaq istəmirlər. Makron öz hərəkətləri ilə münaqişənin Fransa ərazisinə keçmə riskini artırır. Ümid edək ki, Avropa xalqları bu çılğın siyasətçilərin qarşısını alacaq”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı