Fransa Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı və Andorra şahzadəsi Emmanuel Jan-Mişel Frederik Makronun eyni anda iki problemi yaranıb: əvvəlcə onun başına at təpib, sonra isə onun nitqi tutulub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Makronun Avropa hərbi qüvvələrinin Ukraynaya yeridilməsinin mümkünlüyü barədə açıqlamasını şərh edərkən deyib.
Medvedyev bu ”xüsusi idiomu” onun üçün seçdiyini bildirib, çünki, bu, səfeh reaksiyalara meyilli insanlara münasibətdə istifadə edilir:
“Makronun Fransanın nüvə arsenalını bütün istəkli avropalılarla bölüşmək istəyini də nəzərə alsaq, deyə bilərik ki, onun “özünü buraxması” uzunmüddətli və ağrılı xəstəlikdəndir”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı