Ermənistanda aktivlərə malik olan Rusiya şirkəti Geopromining MMC ABŞ-ın sanksiyalarına məruz qalıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Vaşinqtonun təqdim etdiyi yeni anti-Rusiya sanksiyalar paketində bu şirkətin də yer aldığı bildirilir.
Məlumata görə, sözügedən şirkətin Ermənistandakı aktivlərinə Zəngəzur Mis Molibden Kombinatı, Zodda yerləşən qızıl mədəninin istismarı da daxildir.
Qeyd edək ki, “Geopromining” şirkətinin işğal dövründə Kəlbəcərdəki qızıl yataqlarını qanunsuz şəkildə istismar etdiyinə dair məlumatlar var. Hətta Vətən müharibəsi ərəfəsində şirkətin Kəlbəcərin azad olunması və qızıl yataqlarına nəzarəti itirməkdən qorxduğu üçün əraziyə çox sayda silah və muzdlu topladığı da iddia edilir.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı