Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanat hüquqi deyil, siyasi qiymətdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
Xandanyan bildirib ki, Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur və İrəvan bir ildən artıqdır ki, Təşkilatın işində iştirak etmir:
“KTMT-nin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı dəfələrlə mövqelərimizi səsləndirmişik. Bu, vəziyyətin konkret ifadəsidir. Bundan sonrakı proseslərin davam edib-etməyəcəyini zaman göstərəcək”.
Qeyd edək ki, Paşinyan Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştiraklarını dondurduqlarını bildirib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı