Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov keçmiş baş komandan Valeri Zalujnının işdən çıxarılmasına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
O, Prezident Zelenski ilə Zalujnı arasında fikir ayrılığının olmasına şübhə etdiyini bildirib. Budanov qeyd edib ki, prezidentlə hərbi rəhbər arasında çətin ki, şəxsi fikir ayrılıqları olsun, çünki biri digərinə tabedir.
Kəşfiyyatçı Zelenskinin düzgün qərar verdiyinə də eyham vurub:
“Hər şey yaxşıdırsa, hər şey əladırsa və hər şey düzgün aparılırsa, onda biz niyə indi olduğumuz vəziyyətdəyik?”
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı