Lənkəranda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında rayonun Xanbulan kəndindən keçən hissəsində baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı