Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyi və artan fəallığı sülh danışıqlarında irəliləyişə səbəb olmasa da, bunun Fransanın prosesdən kənarlaşması baxımından ölkəmiz üçün əhəmiyyəti var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqeyi bu ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə əngəldir, rəsmi Bakı Parislə bu sahədə əməkdaşlıqdan imtina edib:
“Bu isə öz növbəsində Almaniyanın işinə yarayıb. Berlin “Cənubi Qafqazda mən də varam” deməklə həm Fransanın kənarlaşmasında rol oynayıb, həm də gələcəkdə Azərbaycan və Mərkəzi Asiyanı əhatə edən regional layihələrdə faydalanmaq üçün imkan qazanıb. Rəsmi Bakı Berlinin təşəbbüslərində iştirak etməklə Almaniyanın Fransadan ön plana keçməsinə dəstək verir”.
E.Şahinoğlunun sözlərinə görə, Parisin İrəvanın əli ilə Berlin platformasını pozmaq istəyi istisna edilməməlidir.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı