Xəbər verdiyimiz kimi, martın 1-də metronun “Koroğlu” stansiyasının qarşısında Bakı Bus MMC-yə məxsus avtobus gənc oğlanı vuraraq öldürüb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən 26 yaşlı Oruc İbrahim oğlu İbrahimov peşəkar idmançı imiş.
O, bir neçə il əvvəl Memarlıq və İnşaat Universitetində təhsil alarkən Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiadada bütün rəqiblərini məğlub edərək çempion olub.
Təhsilini başa vurduqdan sonra işləməyə başlayan O.İbrahimov həm də idmançı kimi fəaliyyətinə davam edirmiş.
Qeyd edək ki, ailəli və bir uşaq atası olan Orucun nəşi təyyarə ilə Naxçıvana aparılıb və orada dəfn edilib.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı