Azərbaycanın Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb etməsi Rusiya və Ermənistanın xəbər agentliklərində əsas xəbər kimi yayılıb. Bu, rəsmi Bakının İrəvana ultimatumu kimi qiymətləndirilib. Doğru təsbitdir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, iki variant mümkündür:
“Birinci variant odur ki, Baş nazir Nikol Paşinyan durumu doğru qiymətləndirərək Azərbaycanın digər rayonlarına bitişik 4 kəndin geri qaytarılmasına razılaşacaq və bunun vacibliyini ermənilərə anladacaq. Onsuz da həmin kəndlərdə ermənilər yaşamır. İkinci variant isə odur ki, Paşinyan məsələni əvvəlkitək gecikdirməkdə davam edəcək. Bu halda Azərbaycan Ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq. Həmin kəndlərə görə Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır. Məlum xarici mərkəzlərin Azərbaycana qarşı bəyanatları olacaq, ancaq ölkəmizə qarşı sistemli beynəlxalq təzyiqin olacağı istisnadır. Çünki bu kəndlər Ermənistanın da rəsmən etiraf etdiyi kimi, Azərbaycan öz kəndləridir”.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu