Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskini “yox etməyi” planlaşdırmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT TŞ-nin Ukraynaya həsr olunmuş sessiyasında deyib.
“Doğrudanmı düşünürsünüz ki, əgər biz həqiqətən Zelenskinin kortejini vurmaq istəsəydik, buna nail ola bilməzdik? Özünüz buna cavab verin, yalnız vicdanla”, - Polyanski Ukrayna liderini öldürmək planları ilə bağlı iddialara cavab verərkən bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya üçün ən mühüm məqsəd Odessada Böyük Britaniyanın tədarük etdiyi komponentlərdən yığılan hərbi-dəniz pilotsuz təyyarələri istehsal edən zavodun məhv edilməsidir.
Qeyd edək ki, Qərb ölkələrinin BMT Təhlükəsizlik Şurasındakı bəzi nümayəndələri Moskvanı Ukrayna rəhbəri və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin Odessa səfəri zamanı bəzi hədəflərə edilən hücumlara görə tənqid ediblər.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu