Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi parlamentarilərin “Ermənistanın KTMT-dən çıxmasını Londonun müdafiə sənayesi üçün potensial faydalarını necə qiymətləndirir” sualına cavab verib.
BUTA.TV xəbər verir ki, Hippi Böyük Britaniyanın bu qərarı Ermənistanın suveren hüququ kimi tanıdığını və Rusiyanın cavab təhdidləri qarşısında Ermənistanı dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcəyini deyib.
Onun sözlərinə görə, bununla yanaşı, Ermənistanın KTMT üzvlüyünün dondurulması qurumdan rəsmi çıxış demək deyil:
“Böyük Britaniya ATƏT-in silah embarqosunu imzalayan ölkədir və buna görə də Londonun müdafiə sənayesi üçün hər hansı fayda müəyyən edilmiş limitlər daxilində olmalıdır. Biz daha sıx əməkdaşlıq imkanlarını araşdırmaq üçün Ermənistanla sıx işləməyə davam edəcəyik”.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu