96 yaşlı amerikalı Violet Evelin Albertsin sifarişli qətli ilə bağlı ikisi erməni olmaqla, üç nəfər həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “The Sacramento Bee” nəşri yazıb.
Santa Barbara qraflığının şerifi Bill Braun bildirib ki, Albertsin baxıcısı qadını 27 may 2022-ci ildə Montesitodakı evində ölü tapıb.
İki şübhəli - Rikardo Martin Del Kampo və Henri Rüstəmyan Albertsin qətlindən üç gün əvvəl onun evini qarət etməkdə günahlandırılır.
İşlə bağlı üçüncü müttəhim isə tamamilə başqa cinayətlə hazırda həbsdə olan 58 yaşlı Harri Basmacyandır.
Polis qətlin “ssenari üzrə və sifarişlə” həyata keçirildiyini bildirsə də, detallar açıqlanmayıb.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu