Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gizli şəkildə Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlara gedib. Onların görüşü Karakasda baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın legitimliyini tanımadığı Maduro Conson ilə Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər:
"Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəlib. O, Venesuelada 24 saatdan az qalıb".
Mənbələr bildirib ki, Conson Maduro ilə Rusiyanın Ukraynaya müdaxiləsini, Venesueladan Moskvaya mümkün silah və digər hərbi texnika tədarükü barədə məlumatları müzakirə edib:
"Tərəflər Venesuela ilə Böyük Britaniya arasında münasibətlərin normallaşdırılması yollarından da danışıblar".
Keçmiş baş nazir Consonun sözçüsü səfərin gerçəkləşdiyini təsdiqləyib, lakin bunun sirr olmadığını deyib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu