Martın 11-də Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar ilə Aleksandra Papadopoulounun iştirakı ilə iki ölkə arasında növbəti siyasi dialoq toplantısı keçirilib.
BUTA.TV xəbər verir ki, toplantıdan sonra tərəflər mediaya birgə açıqlama veriblər.
Bildirilib ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.
Hər iki tərəf ötən ilin dekabrında Türkiyə və Yunanıstan liderləri tərəfindən imzalanan Afina Bəyannaməsinə uyğun olaraq ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində mövcud müsbət ab-havanı inkişaf etdirmək üçün ümumi öhdəliklərini bir daha vurğulayıb.
Görüşdə, eyni zamanda Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq prosesi müzakirə edilib, mövcud dialoq kanallarında indiyədək əldə edilən inkişaf qiymətləndirilib.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu