NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur və NATO və ya NATO müttəfiqləri münaqişənin tərəfi deyil.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Röyters" agentliyinə müsahibəsində deyib.
Stoltenberq Fransa Prezidenti Emmanuel Makronun alyansın üzvləri ilə bu cür məsələlərlə bağlı məsləhətləşmələr aparmalı olduğunu bildirib:
"Düşünürəm ki, bu mühüm mövzularda məsləhətləşmələr aparmaq və ümumi yanaşmaya gəlmək bizim üçün vacibdir".
Baş katib qeyd edib ki, hətta ayrı-ayrı NATO ölkələri belə bir manevr etmək qərarına gəlsələr belə, bu, bütün alyansa təsir edəcək.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu