Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa Birliyinə üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib.
"Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər AB Şurasına təqdim edilib", - deyə Baş nazir bildirib.
Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa Birliyinin üzvlüyünə bir addım yaxınlaşıb:
"Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq AB-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır".
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu