Azərbaycanda bu ilin son iki ayında 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd olunub.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.
2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?
- Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar
- İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir
- Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu