Ölkəmizdə 3 uşaqlı ailələr... - Təklif

15:38 - 13 Mart 2024 - GÜNDƏM

 Ölkəmizdə 3 uşaqlı ailələr... - Təklif

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

BUTA.TV xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:

"Biz çoxuşaqlı ailə anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bu dörd ermənini İrəvana verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol