Nikol yenidən Rusiyanın qucağına qayıdıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
O, Baş nazir Nikol Paşinyanın mütəmadi olaraq dəyişən xarici siyasət xəttinə toxunub.
“Nikol yenidən Rusiyanın qucağına qayıdıb. Bir daha salam, qəzəbli Rusiya, əlvida, tərk edilmiş Qərb! Halbuki Nikol Qərbin dəstəyi ilə hakimiyyətdən həzz almağa davam edir. Ermənistanın həyati maraqları isə beynəlxalq auksiona çıxarılıb. Hərrac davam edir, komendant isə Nikol Paşinyandır. Təəssüf ki, bu, mif deyil, ölkəmizdə formalaşmış acı reallıqdır”, – deyə Zakaryan vurğulayıb.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı