Ukraynadakı müharibə antibiotiklərə müqavimət göstərə bilən mutasiyaya uğramış superbakteriyaların inkişafını dərinləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Sandey Tayms” məlumat yayıb.
Məlumata görə, həkimlər antibiotiklərin onun infeksiyasını sağalda bilmədiyi üçün ayağı kəsilən əsgərin vəziyyətinin kəskinləşdiyini bildiriblər:
"Əvvəlcə 35 yaşlı şəxsin iri qəlpə yaraları narahatlıq yaradıb, lakin bu xəsarətlər tez bir zamanda Londonun cənubundakı Müqəddəs Georgi xəstəxanasında müalicə olunub. Ardınca böyük bir problem ortaya çıxıb, bakterial infeksiya sol ayağındakı partlayış yaralarına dərindən nüfuz edib. Beş fərqli antibiotikin birləşməsi bakteriyaları öldürə bilməyib. Yara hələ də irinli olduğundan, həkimlər müalicə rejimini dəyişərək başqa dörd dərmanı, o cümlədən ciddi yan təsirləri olan "ən yaxşı" antibiotik olan kolistindən istifadə ediblər. Lakin onların da təsiri effektsiz olub".
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı