Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan Mi-8 helikopterində həlak olanların hamısının meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, helikopter avqustun 31-də radarlardan itib. Helikopterin göyərtəsində 19 sərnişin və 3 ekipaj üzvü olub.
Əlavə edək ki, ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) 17 nəfərin cəsədinin tapılması ilə bağlı məlumat yaymışdı
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı