İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurlarının iyunun 4-ə Ərdəbil şəhərində həbs etdikləri sosial media fəalı və redaktor Hüseyn Şənbəzadə 12 il azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkili Əmir Rəisian məlumat yayıb.
Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi Hüseyn Şənbəzadəni “İsrailin xeyrinə təbliğat”, “yalan məlumatlar yaymaq”, “müqəddəsləri təhqir etmək” və “hakimiyyət əleyhinə təbliğat aparmaq”da günahlandırıb.
Müttəhimin vəkili ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın “Tasnim” xəbər agentliyi Hüseyn Şənbəzadənin MOSSAD-ln yüksək rütbəli zabitləri ilə əlaqədə olduğunu iddia etmişdi.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı