Xəbər verdiyimiz kimi, Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmirdə amerikalı hərbçinin başına torba keçiriblər və bu olay videolentə alınıb.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı İzmir valiliyi məlumat yayıb.
Bildirilib ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadın mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq edərək hücum ediblər.
Belə ki, Həmçinin mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib. Polis əməkdaşları dərhal olaya müdaxilə edib.
Hadisədə iştirak edən 15 şübhəli yaxalanıb və müvəqqəti saxlanma mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı