Türkiyəli futbolçu Kerem Aktürkoğlunun yeni klubu bəlli olub.
BUTA.TV xəbər verir ki, "Qalatasaray"ın sabiq hücumçusu Portuqaliyanın "Benfika" klubuna transfer olunub.
Bununla bağlı Portuqaliya klubu sosial media hesabında məlumat paylaşıb.
Bildirilib ki, Aktürkoğlu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu transfer "Benfika"ya 11 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu 2021-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan əvvəl Rusiyanın "Spartak" klubu Kerem Aktürkoğlunu transfer etmək istəyirdi.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı