Rusiyada Mi-8 helikopteri Buryat Respublikası ilə İrkutsk vilayəti arasında itib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası idarəsindən məlumat verilib.
“İlkin məlumatlara görə, sentyabrın 3-də Buryatiya Respublikasının İrkutsk vilayəti ilə sərhədində İrkutsk - Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib. Helikopterdə olanların sayı və şəraitlə bağlı məlumatlar dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.
Helikopterin tapılması istiqamətində axtarışların aparıldığı bildirilib.
Qeyd edək ki, avqustun 31-də də Rusiyanın Kamçatka vilayətində Mi-8 helikopteri qəzaya uğramışdı.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı