Əvvəllər müəllimlik müqəddəs peşə sayılsa da, son vaxtlar bunun əksi müşahidə olunur.
Cəmiyyətdə müəllimlərin əvvəlki nüfuzunun qalmadığını rahatlıqla söyləyə bilərik. Bəs buna səbəb nədir?Psixoloq Samirə Bağırova bu barədə açıqlama verib: Bu gün tək müəllimlik peşəsi deyil, dövlət qulluqçularının tutduğu bəzi sahələr də nüfuzunu itirib. Elm və Təhsil Nazirliyi, millət vəkilləri, polis, eləcə də müəllimlik peşəsi də cəmiyyətdə əvvəlki nüfuz və hörmətin sahibi deyil. Belə ki, cəmiyyəti psixoloji basqı altında saxlayaraq idarə etməyə can atırlar”.
Psixoloq maddiyatın hər şeydən daha öndə olduğunu vurğulayıb:
“Sosial şəbəkə insanları və cəmiyyəti pozmur. Sosial şəbəkə əslində insanların əsl kimliyini ortaya qoyur. Cəmiyyətin vəziyyətini göstərir. Müasir dünyada artıq müqəddəs deyə bir şey qalmayıb. Nə analar müqəddəs deyil, nə müəllimlər, nə dövlət məmurları, nə də mollalar. Hamının və hər şeyin pula xidmət etdiyi bir dünyada yaşayırıq. Bu gün dünyada yeganə olaraq müqəddəs hesab olunan şey puldur. Vəssalam”.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı