Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, oğurluq edilən bağ evi tanınmış aparıcı Yelena Sidorenkoya məxsusdur.
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı