Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia bildirib.
O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.
“Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq”, - deyə Araxamiya öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.
Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!