“Ermənistanın hakim partiyasında COP-29 tədbirində iştirak etmək üçün Bakıya getmək uğrunda mübarizə gedir. Bu tədbir başqa ölkədə keçiriləndə, misal üçün, 2018-ci ildə Polşada təşkil olunanda İrəvanda iştirakla bağlı o qədər də maraq yox idi. Mən Polşada səfir kimi bu prosesin içində olmuşam. İndi məkan Bakı olduğu üçün hər kəs ora getməyə can atır”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib. Qazaryan bildirib ki, Paşinyanın özü Bakıya getmək niyyətindədir.
“Bununla yanaşı, Ararat Mirzoyan da getmək istəyir. Ovik Ağazaryan da getmək istəyənlər arasındadır. “Mülki müqavilə” partiyasının daxilində dava gedir”, - o bildirib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!