Litva Rusiya ilə sərhəddə yerləşən müdafiə istehkamları quraşdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bu, daha effektiv müdafiəni təmin etmək üçün xəbərdaredici addımdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Litvanı Rusiyanın Kalininqrad vilayətindəki Sovetsk şəhəri ilə birləşdirən Kraliça Luiza körpüsünün qarşısında istehkamlar, o cümlədən minalar və tank əleyhinə “kirpilər” quraşdırılıb.
Qurumdan bildirilib ki, körpünün özü Rusiyanın mülkiyyətindədir, ona görə də Litva yalnız onun qarşısında maneələr quraşdırıb.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!