Hazırda anklavların (Sədərəyin Kərki kəndi və Qazaxın Sofulu, Bərxudarlı və Yuxarı Əskipara-red) qaytarılmasına hazırlıq aparılır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib.
V.Manqasaryan qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq.
O iddia edir ki, Azərbaycanın əsas məqsədlərindən biri də Ermənistan ordusunun silahsızlaşdırılmasıdır.
“Bunu Qarabağda hərbi birlikləri (separatçıların terrorçu dəstələrindən söhbət gedir-red) məhv etməklə həyata keçirdilər. İndi növbə Ermənistan ordusundadır və görünür, buna da nail olacaqlar”, - erməni ekspert deyib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!