ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, dövlət başçısı olarsa, Tesla və SpeysX şirkətlərinin yaradıcısı İlon Maskın təklif etdiyi bütün federal sistemin auditi üçün hökumət administrasiyasının səmərəliliyini artırmaq məqsədilə xüsusi komissiya yaradacaq. Bu komissiyaya elə İlon Mask başçılıq etməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə "Asoşeyted Press" məlumat yayıb.
"İlon Mask Trampın müttəfiqi kimi getdikcə daha fəal hərəkət edir. Bu komissiya, prezidentliyə namizədlə milyarder arasında ittifaqda ən son yüksək profilli addımdır. Tramp hələ 2022-ci ildə vergi ödəyicilərinin səhv ödənişlər və fırıldaqçılıq səbəbindən yüz milyardlarla dollar itirdiyini demişdi. Buna görə də yeni komissiya saxtakarlığı və yanlış ödənişləri kökündən aradan qaldırmalı olacaq.
Respublikaçı namizədə plan hazırlamaq üçün altı ay vaxt verir. Sonradan bu qərarla trilyonlarla dollara qənaət edilməlidir", - məlumatda deyilir.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!