Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamısı dərindən kədərləndirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə səhifəsində yazıb.
“Narin qızımızın itkin düşməsi barədə məlumat verildikdən sonra hüquq-mühafizə orqanları onu tapmaq üçün böyük səy göstərdilər. 19 gün aparılan axtarışlar zamanı təəssüf ki, ürəkaçan xəbər ala bilmədik. Narini qətlə yetirənlər mütləq ədalət qarşısında cavab verəcək. Narin övladımızı bizdən alanlara ən ağır cəzanın verilməsi üçün hüquqi prosesi şəxsən izləyəcəyəm”, - deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Diyarbəkirdə Narin Güran adlı 8 yaşlı qızcığaz 21 avqustda itkin düşüb və 19 gün sonra onun cansız bədəni tapılıb. Azyaşlının vəhşicəsində qətlə yetirildiyi bildirilir.
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?