Gürcüstan Cənubi Qafqazda sabitliyi, sülh şəraitində birgəyaşayışı dəstəkləyir və bu baxımdan regiondakı çağırışların həlli prosesində birgə səylərin artırılmasının vacibliyini qeyd edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusilə Ermənistan hakimiyyətinin qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.
"Biz regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu bacardıqca oynamağa hazırıq", - İ.Kobaxidze vurğulayıb.
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...